четверг, 17 ноября 2011 г.

КОРРЕЛ


Qohum funksiyalar:


SİNTAKSİS:

     КОРРЕЛ(массив1;массив2)

Nəticə:

    Verilənlər massivləri arasında xətti korrelyasiya əmsalını hesablayır.

Arqumentlər:

    массив1: birinci verilənlər massivi;

    массив2: ikinci verilənlər massivi.

Qeydlər:

  •    arqumentlər ədədlərdən və ya ədədləri ehtiva edən massivlərdən ibarət olmalıdır;
  •    əgər massiv arqumenti mətn, məntiqi qiymətləri və boş xanaları ehtiva edirsə, onda belə qiymətlər nəzərə alınmır, sıfır qiymətli xanalar isə nəzərə alınır;
  •    əgər массив1 массив2 arqumentlərində verilənlərin sayı müxtəlifdirsə, onda КОРРЕЛ funksiyası özünün yazıldığı xanaya #Н/Д səhvinin qiymətini yerləşdirir;
  •    əgər массив1 və ya массив2 arqumenti boşdursa, onda КОРРЕЛ funksiyası özünün yazıldığı xanaya #ДЕЛ/0! səhvinin qiymətini yerləşdirir.
Riyazi-statistik interpretasiya:
XУ təsadüfi kəmiyyətlərinin korrelyasiyası  aşağıdakı düstur vasitəsilə hesablanır:

Misal

İki (X,Y) təsadüfi baş külliyatdan götürülmüş seçmə verilmişdir:

xi
12,1
14,7
20,5
11,2
16,6
10,0
13,0
14,9
16,3
15,1
yi
53,2
44,2
51,4
57,7
45,5
42,0
53,5
68,9
57,7
63,3

XY təsadüfi kəmiyyətləri arasındakı korrelyasiya əmsalını hesablamalı.






Həlli
Korrelyasiyanı əmsalını tapmaq üçün əvvəlcə aşağıdakı kəmiyyətlər hesablanmalıdır:











İndi artıq XУ təsadüfi kəmiyyətlərinin korrelyasiyasını hesablamaq olar:


 
 İndi də bu məsələni КОРРЕЛ funksiyasının vasitəsilə həll edək.
1.    Verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
H
I
J
K
1
xi
12,1
14,7
20,5
11,2
16,6
10
13
14,9
16,3
15,1
2
yi
53,2
44,2
51,4
57,7
45,5
42
53,5
68,9
57,7
63,3

2.    Nəticənin yazılacağı oyuğu seçək ($A$4).
3.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından КОРРЕЛ funksiyasını seçək. Bu zaman КОРРЕЛ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4.    Mассив1 sahəsinə girdikdən sonra  verilənlərin yerləşdiyi işçi vərəqində təsadüfi kəmiyyətin qiymətlərini mausla daxil edək (B1:K1).
5.    Mассив2  sahəsinə girib verilənlərin yerləşdiyi işçi vərəqində təsadüfi kəmiyyətin qiymətlərini mausla daxil edək (B2:K2). OK düyməsini basdıqdan sonra $A$4 oyuğunda hesablamanın nəticəsi olan 0,116  qiyməti əmələ gələcəkdir.